BAKI MÜHƏNDİSLİK UNİVERSİTETİNDƏ FƏLSƏFƏ DOKTORU PROQRAMI ÜZRƏ KADR HAZIRLIĞI

 

Doktorantura ali təhsilin ən yüksək səviyyəsi оlmaqla elmi və elmi-pedaqоji kadrların hazırlanmasını, iхtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir. Fəlsəfə doktoru proqramı tələbəni akademik həyata hazırlayır, ona kəşf etmə bacarığı aşılayır, onların elmi bilikləri toplamağı, saxlamağı və tətbiq etməyi bacaran bir mütəxəssis kimi püxtələşməsini nəzərdə tutur. Proqram tələbənin araşdirmalarının və əldə etdiyi orijinal və əhəmiyyətli nəticələrin yazdığı dissertasiysında əks etdirilməsi onun elmin inkişafına müəyyən dərəcədə təsir etməsini şərtləndirir. 

Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssisələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsatəti əsasında qanunvericiliyə uyğun olaraq verilir.

Universitetdə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı 2006-cı ildən etibarən aşağıdakı ixtisaslara uyğun olaraq başladılmışdır:

 

  1. Hesablama maşinlarının,  komplekslərinin və kompyuter şəbəkələrinin riyazi və proqram təminatı (Şifr – 05.13.11)
  1. Dünya iqtisadiyyatı (Şifr – 08.00.14)
  2. Xalq təsərrüfatının iqtisadiyyatı və idarə olunması (Şifr – 08.00.05)
  3. Türk xalqları ədəbiyyatı (Şifr − 10.01.02)

 

Hal-hazırda fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı aşağıda göstərilən ixtisaslarda həyata keçirilir:

 

12 – RİYAZİYYAT ELMLƏRİ

1211.01 – Diferensial tənliklər

 

20 - MEXANİKA

2002.01 - Deformasiya olunan bərk cism mexanikası

 

21 - ASTRONOMİYA

2104.01 - Planetologiya

 

33 - TEXNİKA ELMLƏRİ

3338.01 - Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi

 

53 – İQTİSAD ELMLƏRİ

5310.01 – Dünya iqtisadiyyatı

5311.01 – Müəssisələrin təşkili və idarə olunması

5312.01 Sahələrin İqtisadiyyatı

 

57 – FİLOLOGİYA ELMLƏRİ

5706.01 - Azərbaycan dili

5710.01 – Türk dilləri

5716.01 – Azərbaycan ədəbiyyatı

5717.01 – Türk xalqları ədəbiyyatı

5718.01 – Dünya ədəbiyyatı

 

58– PEDAQOGIKA

5804.01- Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi