Doktorantların və gənc tədqiqatçıların XXI Respublika Elmi Konfransı keçirildi .

Doktorantların və gənc tədqiqatçıların XXI  Respublika Elmi Konfransı keçirildi .
25 Oct 2017 18:26 | Baxılıb: 456

24-25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Təhsil Nazirliyinin ümumi rəhbərliyi və Bakı Dövlət Universitetinin ev sahibliyi ilə  Doktorantların və gənc tədqiqatçıların XXI  Respublika Elmi Konfransı keçirilmişdir. Konfransın açılışında Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov, Təhsil Nazirliyinin məsul şəxsləri, Ali məktəblərin rektorları, gənc tədqiqatçılar və digər qonaqlar iştirak etmişlər. Konfransı giriş sözü ilə BDU-nun rektoru A. Məhərrəmov açaraq BDU-nun gənc tədqiqatçılarla apardığı işlərdən, əldə olunmuş elmi nailiyyətlərdən danımışdır. Təhsil Naziri M. Cabbarov geniş məruzə ilə çıxış etmiş, Prezident Cənab İ.Əliyevin  gənc elmi tədqiqatçılar, bu istiqamətdə Ali məktəblər qarşısında qoyduğu vəzifələri ətraflı işıqlandırmışdır. Daha sonra bəzi Ali məktəb rektorları çıxış etmiş, bir neçə gənc tədqiqatçı məruzə edərək elmi tədqiqatlarının nəticələrini təqdim etmişlər. Konfrans 14 bölmədə işini davam etdirmişdir.

      Konfransın açılış Plenar iclasında Bakı Mühəndislik Universitetinin rektoru H.Məmmədov, prorektor  H.Orucov, magistratura və doktorantura şöbəsinin müdiri R.Məmmədov , K. Əbilov  , doktorant S. Hüseynova  və başqaları iştirak etmişlər. Doktorant S. Hüseynova “Xarici ədəbiyyat fililogiyası”  bölməsində elmi məruzə etmiş, bu məruzə protokolda xüsusi qeyd olunan  beş məruzədən biri olmuşdur. Nəzərə alsaq ki, Konfransın nəşr olunacaq materialları Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasında  elmi məqalə hesab olunacaq, belə konfranslarda doktorantların və gənc tədqiqatçıların işrirakının həm tanınma baxımından, həm də nəticə baxımından  əhəmiyyəti böyükdür.

 

Son yeniliklər


BMU-da təlimlər keçirilmişdir...

Elmi işlər üzrə Prorektorluğun təşəbbüsü və “Magistratura və doktorantura” ş&oum ətraflı oxu »

BMU-da dissertasiya işinin müzakirəsi keçirilib...

11 yanvar 2018-ci il tarixində Bakı Mühəndislik Universitetinin Mexanika kafedrasında Magistratura və doktorantura ətraflı oxu »

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika El...

24-25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Təhsil Nazirliyinin ümumi rəhbərliyi və Bakı Dövlət Universitetini ətraflı oxu »