BMU-da təlimlər keçirilmişdir

BMU-da təlimlər keçirilmişdir
16 Apr 2018 15:50 | Baxılıb: 96

   Elmi işlər üzrə Prorektorluğun təşəbbüsü və “Magistratura və doktorantura” şöbəsinin təşkilatçılığı ilə 07 və 14 aprel 2018-ci il tarixlərdə 2-ci kurs magistrantlara elmi-pedaqoji,elmi-tədqiqat təcrübələrinin yekunları və magistlik dissertasiyalarının yazılması, təqdim olunması haqqında  təlimlər keçirilmişdir.Görüşdə iştirak edən  rekror Havar Məmmədov magistrantlara öz tövsiyələrini verdi və gələcək işlərində onlara uğurlar arzuladı. Elmi işlər üzrə prorektor Elçin Süleymanov dissertasiya işinin yazılması,elmi məqalələrin çap olunması barədə, magistratura və doktorantura şöbəsinin müdiri Rauf Məmmədov elmi-pedaqoji,elmi-tədqiqat təcrübələrinin yekunları və dissertasiya işinin tərtibi, təqdim olunması və müdafiəsi qaydaları, dos.Bilal Dədəyev isə elmi-tədqiqat metodlarından istifadə imkanları haqqında geniş məlumat verdilər. Təlim prosesində təlimçilər və  plagiat məsələsi üzrə şirkətin əməkdaşı magistrantları maraqlandıran sualları cavablandırdılar.

Son yeniliklər


BMU-da təlimlər keçirilmişdir...

Elmi işlər üzrə Prorektorluğun təşəbbüsü və “Magistratura və doktorantura” ş&oum ətraflı oxu »

BMU-da dissertasiya işinin müzakirəsi keçirilib...

11 yanvar 2018-ci il tarixində Bakı Mühəndislik Universitetinin Mexanika kafedrasında Magistratura və doktorantura ətraflı oxu »

Doktorantların və gənc tədqiqatçıların XXI Respublika El...

24-25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Təhsil Nazirliyinin ümumi rəhbərliyi və Bakı Dövlət Universitetini ətraflı oxu »