Baxılıb: 1522 dəfə
12 Feb 2019 11:23 | Baxılıb: 76
Dissertasiya işi AAK–ın tələblərinə uyğun hesab edilib

  Bakı Mühəndislik Universitetinin Mexanika kafedrasının genişləndirilmiş iclası keçirilib. Kafedra müdiri dosent H. Mirzəyevin sədrliyi ilə keçirilən iclasda dissertant Kəklik Oruc qızı Rüstəmovanın Riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Kipləşdirici elementlərlə hermetikləşdirmə prosesinin riyazi moddelləşdirilməsi” mövzusunda dissertasiya işinin genişləndirilmiş müzakirəsi aparılıb. Qeyd edək ki, müzakirədə BMU-dan və kənardan dəvət olunmuş alimlər iştirak ediblər. Müzakirə nəticəsində  dissertasiya işinin Ali Attestasiya Komissiyasının tələblərinə cavab verməsi və müdafiənin növbəti mərhələsinə buraxılmasına müsbət rəy verilib.      ətraflı oxu »

15 May 2018 12:00 | Baxılıb: 74
16 Apr 2018 15:50 | Baxılıb: 207
BMU-da təlimlər keçirilmişdir

   Elmi işlər üzrə Prorektorluğun təşəbbüsü və “Magistratura və doktorantura” şöbəsinin təşkilatçılığı ilə 07 və 14 aprel 2018-ci il tarixlərdə 2-ci kurs magistrantlara elmi-pedaqoji,elmi-tədqiqat təcrübələrinin yekunları və magistlik dissertasiyalarının yazılması, təqdim olunması haqqında  təlimlər keçirilmişdir.Görüşdə iştirak edən  rekror Havar Məmmədov magistrantlara öz tövsiyələrini verdi və gələcək işlərində onlara uğurlar arzuladı. Elmi işlər üzrə prorektor Elçin Süleymanov dissertasiya işinin yazılması,elmi məqalələrin çap olunması barədə, magistratura və doktorantura şöbəsinin müdiri Rauf Məmmədov elmi-pedaqoji,elmi-tədqiqat təcrübələrinin yekunları və dissertasiya işinin tərtibi, təqdim olunması və müdafiəsi qaydaları, dos.Bilal Dədəyev isə elmi-tədqiqat metodlarından istifadə imkanları haqqında geniş məlumat verdilər. Təlim prosesində təlim&c ətraflı oxu »

12 Jan 2018 15:56 | Baxılıb: 409
BMU-da dissertasiya işinin müzakirəsi keçirilib

11 yanvar 2018-ci il tarixində Bakı Mühəndislik Universitetinin Mexanika kafedrasında Magistratura və doktorantura şöbəsinin əməkdaşlarının və həmin kafedranın professor, müəllim heyətinin təşkilatçılığı ilə universitetin 2002.01- “Deformasiya olunan bərk cisim mexanikası” ixtisası üzrə dissertantı Rəcəbov Vüqarın “Mühitlə təmasda olan qeyri-bircins nano-mikro kompozit çubuqların dayanıqlığı və rəqsləri” mövzusunda dissertasiya işinin genişləndirilmiş müzakirəsi keçirilib. Müzakirənin nəticəsində dissertant iclasın iştirakçıları tərəfindən müsbət rəy alaraq müdafiənin növbəti mərhələsinə buraxılıb.  Dissertant V.Q. Rəcəbova müdafiənin növbəti mərhələlərində və gələcək elmi fəaliyyətində uğurlar arzulayırıq.  ətraflı oxu »

25 Oct 2017 18:26 | Baxılıb: 756
Doktorantların və gənc tədqiqatçıların XXI  Respublika Elmi Konfransı keçirildi .

24-25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Təhsil Nazirliyinin ümumi rəhbərliyi və Bakı Dövlət Universitetinin ev sahibliyi ilə  Doktorantların və gənc tədqiqatçıların XXI  Respublika Elmi Konfransı keçirilmişdir. Konfransın açılışında Azərbaycan Respublikası Təhsil Naziri Mikayıl Cabbarov, Təhsil Nazirliyinin məsul şəxsləri, Ali məktəblərin rektorları, gənc tədqiqatçılar və digər qonaqlar iştirak etmişlər. Konfransı giriş sözü ilə BDU-nun rektoru A. Məhərrəmov açaraq BDU-nun gənc tədqiqatçılarla apardığı işlərdən, əldə olunmuş elmi nailiyyətlərdən danımışdır. Təhsil Naziri M. Cabbarov geniş məruzə ilə çıxış etmiş, Prezident Cənab İ.Əliyevin  gənc elmi tədqiqatçılar, bu istiqamətdə Ali məktəblər qarşısında qoyduğu vəzifələri ətraflı işıqlandırmışdır. Daha sonra bəzi Ali məktəb rektorları çıxış etmiş, bir neçə gənc tədqiqatçı məruzə edərək elmi tədqiqatlarının nəticələrini tə ətraflı oxu »

    Axtar


    Kateqoriyalar


    Sıralama


    İllər