Son yeniliklər


Doktorantların və gənc tədqiqatçıların XXI Respublika El...

24-25 oktyabr 2017-ci il tarixdə Azərbaycan Təhsil Nazirliyinin ümumi rəhbərliyi və Bakı Dövlət Universitetini

ətraflı oxu »

Gözlənilən hadisələr


Xoş gəlmişsiniz


 

Əziz həmkarlar!

 Bakı Mühəndislik Universitetinin “Magistratura və Doktorantura şöbəsi”nə xoş gəlmişsiniz.

 Magistratura və Doktorantura şöbəsi fəlsəfə doktoru üzrə doktorantura proqramları çərçivəsində yüksək ixtisaslı kadr hazırlığını təşkil edir, təhsil alanların müasir səviyyədə karyera inkişafı üçün tələb olunan bilik və qabiliyyətlərini artırmaq məqsədi ilə tədqiqat prosesini həyata keçirir. Universitetimizdə fəlsəfə doktoru proqramı üzrə də kadr hazırlığı başladılmışdır. Fəlsəfə doktoru proqramı doktorant və dissertantları akademik həyata hazırlayır, onlara kəşf etmə bacarığı aşılayır, onların elmi bilikləri toplamağı, analiz etməyi və tətbiq etməyi bacaran bir mütəxəssis kimi püxtələşməsinə şərait yaradır.

 Əziz doktorant və dissertantlar,

 Şöbəmizdə açılmış və bundan sonra da açılacak yeni ixtisaslar üzrə kadr hazırlığı prosesinin yüksək səviyyədə olabilməsi üçün bizimlə birlikdə sizlərin də böyük səy göstərəcəyinə inanıram. Başladığınız çətin və şərəfli işin hamınıza xeyirli olmasını diləyir, həyatınızda müvəffəqiyyətlər, xoşbəxtlik və can sağlığı arzulayiram. Ümid edirəm ki, başladığınız işlərdə böyük müvəffəqiyyətlər qazanacaqsınız və elm aləmində söz sahibi olacaqsınız!

                                                                          Şöbə müdiri   

              

                                                                                         Dr. Anar Rza              

 

 

Xüsusi linklər