Son yeniliklər


Gözlənilən hadisələr


Xoş gəlmişsiniz


Əziz həmkarlar!

 Bakı Mühəndislik Universitetinin “Magistratura və Doktorantura şöbəsi”nə xoş gəlmişsiniz.

 Magistratura və Doktorantura şöbəsi fəlsəfə doktoru üzrə doktorantura proqramları çərçivəsində yüksək ixtisaslı kadr hazırlığını təşkil edir, təhsil alanların müasir səviyyədə karyera inkişafı üçün tələb olunan bilik və qabiliyyətlərini artırmaq məqsədi ilə tədqiqat prosesini həyata keçirir.

Universitetimizdə fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı 2007-ci ildən etibarən başladılmışdır. Fəlsəfə doktoru proqramı doktorant və dissertantları akademik həyata hazırlayır, onlara kəşf etmə bacarığı aşılayır, onların elmi bilikləri toplamağı, analiz etməyi və tətbiq etməyi bacaran bir mütəxəssis kimi püxtələşməsinə şərait yaradır.

2011-ci ildən etibarən fəlsəfə doktoru proqramı üzrə kadr hazırlığı 11 ixtisas üzrə həyata keçirilir.

 Əziz doktorant və dissertantlar,

 Şöbəmizdə açılmış və bundan sonra da açılacak yeni ixtisaslar üzrə kadr hazırlığı prosesinin yüksək səviyyədə olabilməsi üçün bizimlə birlikdə sizlərin də böyük səy göstərəcəyinə inanıram. Başladığınız çətin və şərəfli işin hamınıza xeyirli olmasını diləyir, həyatınızda müvəffəqiyyətlər, xoşbəxtlik və can sağlığı arzulayiram. Ümid edirəm ki, başladığınız işlərdə böyük müvəffəqiyyətlər qazanacaqsınız və elm aləmində söz sahibi olacaqsınız!

                                                                              Dr. Anar Rza

                                                                                        Şöbə müdiri

 

 

Xüsusi linklər